İlhamə Quliyeva təhdid etdi: “Güləşib sizi yerə yıxacağam”
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva təhdid etdi: “Güləşib sizi yerə yıxacağam”

"Mən məşəli daşıyanda baxıb yanacaqlar. Amma mənə heç nə olmayacaq, lazım gəlsə, qaçacağam da. Lap güləşib onları yerə yıxacağam. Məndə bu güc var”.

Bu sözləri Publika.az-a xalq artisti İlhamə Quliyeva öz açıqlamasında deyib.

Xalq artisti bir az da odlu-alovlu danışıb: “O adamlar ki, məni sevmirlər, məni görəndə yanıb-tökülürlər, içlərində yanğın olacaq. Mən məşəli onlara uzadıb yandıraram, amma bunu etməyəcəyəm. Çünki məşəl müqəddəsdir, onu murdar insanlara uzadıb çirkləndirmək istəmirəm. Mən tam sağlamam, şəxsi həkim nəzarətindəyəm. O adamlar bilsin ki, heç vaxt xəstələnməyəcəyəm, məşəli layiqincə daşıyacağam. Bərk dayanın, əlimdə məşəl görəndə yıxılmayın. Mən məşəli öpücüklər göndərə-göndərə daşıyacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm