Araq içdiyinə görə Anarın qəzəbinə gəldiyi deyilən Əsəd Cahangir susmadı - REAKSİYA
Bizi izləyin

Magazin1

Araq içdiyinə görə Anarın qəzəbinə gəldiyi deyilən Əsəd Cahangir susmadı - REAKSİYA

“Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirlə birlik sədri, xalq yazıçısı Anar arasında qarşıdurma yaşanması ilə bağlı xəbərlər yer alıb. Buna səbəb olaraq Əsəd Cahangirin yazıçı Kamal Abdulla haqda tənqidi yazısı göstərilir. Belə ki, həmin yazının “Azərbaycan” jurnalında dərc edilməsi üçün AYB sədrinə müraciət edən Əsəd Cahangir sərt təpki ilə qarşılaşıb. Üstəlik, Anardan xəbərdarlıq da eşidib. Anar Əsəd Cahangiri bir də belə hal təkrarlansa, onu jurnaldakı vəzifəsindən, eləcə də AYB üzvlüyündən uzaqlaşdıracağı ilə hədələyib.

Məlumatlara görə, Ə.Cahangirin iş otağında tez-tez spirtli içki qəbul etməsi, sonra da dəhlizə çıxaraq mahnı oxuması barədə şikayətlər AYB sədrinin səbir kasasını daşdırıb.

AYB “Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirlə birlik sədri, xalq yazıçısı Anar arasında mətbuatda yayılan yazıların həqiqətə uyğun olmadığını bildirib.

Bu barədə Publika.az-a birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlama verib. O yazılanların həqiqətə uyğun olmadığını deyib: “Yalandır, boş söhbətdir, Yazıçılar Birliyində belə bir hadisə baş verməyib. Bu məlumatı yəqin ki, Əsəd Cahangirlə qərəzi olan adamlar yayıb”.

Məsələyə münasibətini öyrənmək üçün Publika.az Əsəd Cahangirlə də əlaqə saxlayıb.

Tənqidçi bu xəbəri “iftira” adlandırıb: “Məni istəməyən, gözügötürməyən, uğurlarıma paxıllıq edən adamlar haqqımda belə xoşagəlməz fikirlər yayırlar. Yaxın günlərdə ad günüm olacaq, onlar qanımı qaraltmaq üçün mənə belə bir ad günü “hədiyyəsi” etdilər. Bilmirəm bu xəbəri yayanlar AYB daxilindədir, ya kənarda - hər halda, iftiradır”.

O ki qaldı Əsəd Cahangirin araq içib mahnı oxumasına, aldığımız cavab belə oldu: “Mən çoxdandır araq içmirəm, düz bir il də olar ki, siqaretdən imtina etmişəm, özüm də namaz qılıram. Məni şərləmək, cəmiyyətdə gözdən salmaq üçün haqqımda belə fikirlər yayırlar. O adamlar yaxşı olardı ki, gedib öz işləri ilə məşğul olsunlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm