Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında təmsil olunub
Bizi izləyin

Magazin1

Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında təmsil olunub

Norveçin paytaxtı Oslo şəhərində ənənəvi olaraq hər il təşkil olunan ”Saqene” Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müxtəlif ölkələrin peşəkar və həvəskar musiqiçilərini, incəsənət ustalarını, aşpazlarını bir araya gətirən festivalda artıq 5-ci dəfədir ki, Norveç Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi də iştirak edir.

Festivalın açılışında Saqene bələdiyyəsinin sədri Helqe Stoltenberq NAYO-nun fəaliyyətini və festivala dəstəyini yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycan tarixi, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və “Bakı-2015” birinci Avropa Oyunlarına dair jurnal və kitabçalar nümayiş etdirilib və iştirakçılara paylanılıb. Festivalın bədii hissəsində isə Oslo Musiqi Akademiyasının tələbəsi Nigar Qafarova milli musiqimizdən nümunələr ifa edib.

Festivaldan sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Norveçin ikinci böyük şəhəri Berqendə Azərbaycan xalq musiqisi konserti keçirilib. Dünya şöhrətli Norveç bəstəkarı Edvarq Qriqin adını daşıyan Akademiyanın Gunnar Səviqs zalında təşkil olunan konsertdə “Muğam” instrumental ansamblı milli musiqimiz, muğamlarımızdan ibarət proqramla çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm