Zülfiyyənin Fəridlə oxuyacağı duet Moskvada yazılır
Bizi izləyin

Magazin1

Zülfiyyənin Fəridlə oxuyacağı duet Moskvada yazılır

Publika.az hələ aprel ayında xəbər vermişdi ki, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva Rusiyada keçirilən “Голос” musiqi yarışmasının finalisti Fərid Əsgərov ilə duet oxuyacaq.

Artıq mahnını hazırlayacaq müəlliflərin kimliyi də bəlli olub.

Publika.az xəbər verir ki, yeni duet yaxın vaxtda işıq üzü görəcək. Duet üçün mahnı artıq hazırdır. Mahnının musiqisi Samir Sultanov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova aiddir.

Mahnının səsyazma işləri Moskvada həyata keçirilir. Studiyanın səs rejissoru Rusiyanın məşhur musiqiçisi Konstantin Nonikovdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm