Novruz İsmayıl: “Bu verilişə gözlərini qırpmadan baxacaqlar”
Bizi izləyin

Magazin1

Novruz İsmayıl: “Bu verilişə gözlərini qırpmadan baxacaqlar”

“Space” telekanalında “Əsl şou” verilişinin aparıcısı Novruz İsmayılın aparıcılıq etdiyi verilişdən ayrılması xəbəri müzakirələrə səbəb olmuşdu. Publika.az-a açıqlama verən Novruz İsmayıl verilişdən ayrılmasının əsl səbəbini açıqlayıb. O bildirib ki, dünyada analoqu olmayan bir layihə üzərində çalışdığından verilişdən ayrılmalı olub.

“Yüksək səviyyədə, dünyada belə analoqu olmayan yeni bir televiziya layihəsi üzərində çalışıram. Ola bilər bir az gec həyata keçsin, amma əminliklə deyə bilərəm ki, tamaşaçılar bu verilişə gözlərini qırpmadan baxacaqlar. Layihənin hansı kanalda yayıma çıxacağı hələ ki, məlum deyil. Mənə gələn çoxsaylı mesajlara görə tamaşaçılarıma təşəkkür edirəm. Bu qədər məni sevən insanın olmasını bilmək sevindiricidir. Bu səbəbdən çox böyük həvəslə öz üzərimdə daim çalışıram. Tamaşaçılara maraqlı və səviyyəli bir layihə təqdim edəcəyəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm