“Hardasan, ay Vaqif” - Seyran Səxavət dostunun ad günündə qəhərləndi
Bizi izləyin

Magazin1

“Hardasan, ay Vaqif” - Seyran Səxavət dostunun ad günündə qəhərləndi

“Allah, məni yarı öldür, yarı saxla ağlamağa…” Bu gün xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.

Onun yoxluğu ilə barışmaq istəməyən qələm dostu Seyran Səxavət Publika.az-a danışıb:

“Dünyadan köç edən bütün məşhurlar hər zaman özlərindən sonra böyük bir ərazini boş qoyurlar. Ha gözün qalır ki, o boşluğu, o ərazini kimsə dolduracaq, amma bu, mümkünsüzdür. Vaqifin də qoyub getdiyi ərazi həmişə boş qalacaq. O yeri çətin kimsə doldura. Mən onun ölümünü qəbul etməsəm də, bu yoxluqla barışmaq məcburiyyətindəyəm. Bu gün Vaqifin ad günüdür, xatirələr üstümə hücum çəkdi. Öz-özümə dedim ki, hardasan, ay Vaqif... Hanı səndə olan xasiyyət, səmimiyyət, təbiilik, bunu heç kimdə tapa bilmirəm”.

Seyran Səxavət əbədi yolçuluğa çıxan dostu barədə fikirlərini tamamlaya bilmədi. Qəhər onu boğdu...

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm