Dünya şöhrətli reper Bakıdadır – FOTOLAR
Bizi izləyin

Magazin1

Dünya şöhrətli reper Bakıdadır – FOTOLAR

Amerikalı reper və aktyor DMX Bakıdadır. Dünya şöhrətli məşhurun səfərinin məqsədi Bakıda fəaliyyətə başlayacaq gecə klublarının birinin açılışında iştirak etməkdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, DMX (Dark Man X) ləqəbi ilə məşhur olan, əsl adı Erl Simmons olan reper fenomen kimi təqdim olunur. Reperin ardıcıl olaraq 5 albomu Amerikanın rəsmi hit paradı olan “Billboard 200”-də birinci pillədə olub. Bu, fenomenal bir göstəricidir.

DMX həmçinin bir neçə filmdə özünü aktyor kimi də sınayıb. Onun çəkildiyi filmlər sırasında “Romeo ölməlidir”, “Qarın”, Bələkdən məzara”, “Heç vaxt tənha ölmə” və s. filmlərin adını çəkmək olar.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm