Şair tənqidləri ilə Elza Seyidcahanı cin atına mindirdi
Bizi izləyin

Magazin1

Şair tənqidləri ilə Elza Seyidcahanı cin atına mindirdi

Əməkdar artist Elza Seyidcahan və şair Yafəs Türksəs arasında “Günaydın” verilişində qalmaqal yaşanıb. Qalmaqala səbəb isə şairin əməkdar artistin yazdığı, Elza Seyidcahanın dili ilə desək, cızma-qaraları, yəni şeirləri olub. Yafəs Türksəs Seydcahanın mütaliəsini orta məktəb səviyyəsinə uyğun görüb.

“Elza xanımın kiçik istedadı var. Amma bir şeyi deyim, xətrinizə dəyməsin. Şeir yazmaq üçün gərək şərq, klassik, qərb və rus ədəbiyyatını oxuyasan sonra şeir yazasan. Sizin şeirlərə baxdım. İstedadınız var. Amma mütaliəniz yoxdur. Orta məktəb səviyyəsindədir”.

Onun bu sözlərini Elza Seyidcahan təmkinlə qarşılayaraq, şairə əsas kəmiyyət deyil, keyfiyyət məsəlini xatırladıb.

“Mən sizinlə razı deyiləm. Təhsil aldığım konservatoriyada elə musiqiçilər var idi ki, fortepianonu, bəstəkarlığı, orqanı, xor dirijorluğu bitirib, nəzəriyyəni bitirib amma bir musiqi bəstələyə bilmir. Nə ürək var, nə də muğam... Mütaliəyə qaldıqda isə mən deməzdim böyük əsərlər oxumuşam. Amma mən bəstəkar olduğum üçün bir günə şeir kitablarını oxuyub bitirirəm. Adam var ki, 20 kitab oxuyar, ordan 1 söz özünə götürməz. Amma adam var bir kitab oxuyar, bir cümlə oxuyar, həmin cümləni dərk edər”.

Şair Türksoyun “Problem ondandır ki, sizin əlinizə yaxşı kitablar keçməyib” deməsi əməkdar artisti cin atına mindirib.

“Niyə ki? Mən Ramiz Rövşəni, Nizami Gəncəvi, Məhəmməd Fizuli, Əliağa Vahid, Rüstəm Behrudi, Vaqif Səmədoğlu, İmadəddin Nəsimi, Gülağa Tənha, Məmməd Araz, Musa Yaqub, Cabir Novruz, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu kimi şairlərin kitablarını nəinki oxumuşam, mən onların şeirlərinə mahnı da bəstələmişəm. Mən bir mahnı bəstələmək üçün bir kitab oxuyuram ki, oradan ruhuma yaxın olan sözlərə mahnı bəstələyə bilim. Siz məni yaxşı tanımırsınız”.

Seyidcahanın uzun-uzadı şairlərin adını çəkməsinə rəğmən, Yafəs Türksəs qarşı tərəfi yenidən qıcıqlandırıb və əməkdar artisti naşı adlandırmaqdan çəkinməyib.

“Mən yenə də deyirəm. Sizin yazdıqlarınızdan mütaliə naşılığınız hiss olunur. Verilişdən çıxanda sizə iki kitabımı hədiyyə edəcəyəm”.

Seyidcahan da sözləri ilə şairə dağ çəkməyi bacarıb. O, şairlərin şairliyini şübhə altına alıb.

“Təşəkkür edirəm. Mənim sizə şair kimi ehtiyacım yoxdur. Mən görkəmli şairlərin adlarını çəkdim. Mən sizi şair kimi tanımıram. Siz onların davamçısı ola bilərsiniz. Sizin kitabınızı oxuyaram. Yaxşı bir şeir tapsam, ona bir mahnı bəstələyərəm. Tapsam əgər...”

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm