Azərbaycanlı rəssam Parisdə keçiriləcək incəsənət festivalında iştirak edəcək
Bizi izləyin

Magazin1

Azərbaycanlı rəssam Parisdə keçiriləcək incəsənət festivalında iştirak edəcək

Azərbaycanlı rəssam Emil Əziz 12-14 iyun tarixlərində arası Parisdə keçiriləcək Salon Art Shopping incəsənət festivalında iştirak edəcək.

Luvr Muzeyinin Carrousel zalında (Carrousel Du Louvre) təşkil olunacaq festivalda rəsm, foto və heykəltaraşlıq nümunələri göstəriləcək. Azərbaycanlı rəssam festivalda Efiopiyali qadın (Ethyopian flower seller), Maskasız (Take off your masks), Sevgi Məktubu (Love letter), Oyun Sonrası (After the show) kimi yeni işlərini sərgiləyəcək. 18 kvadratmetrlik guşədə Emilin 15 rəsm əsərləri nümayiş olunacaq.

Bu yaxınlarda Bakıda Yuxularım adlı ikinci fərdi sərgisini keçirən rəssam daha əvvəl Lissabonda təşkil olunan VERA Fine Art Festivalında iştirak edib. Türkiyədə fəaliyyət göstərən Emil Əziz xaricdə təşkil olunacaq fərdi sərgisinə də hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm