• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İzzət Bağırov etiraz etdi: “İstəmirəm!”

  • Magazin1
  • 7 İyun 2015 07:46
  • 1 946 Baxış
İzzət Bağırov etiraz etdi: “İstəmirəm!”

Əməkdar artist İzzət Bağırov uşaqları ilə bağlı arzularını dilə gətirib.

Publika.az-a danışan müğənni gələcəkdə uşaqlarını müğənni kimi görmək istəmədiyini deyib: “Müğənnilik çətin sənətdir, özüm də yeniyetməliyimdən bəri bu keşməkeşli yolu keçmişəm. Ona görə də uşaqlarımın da müğənni olmağını istəmirəm. Onların tanınmış müğənniyə çevrilməsi üçün kimlərəsə ağız açmalıyam. Xahiş etmək, ağız açmaq mənim xasiyyətimə yaddır. Buna görə də oğlanlarımın həkim, rəssam və digər peşələrə yiyələnməsini arzulayıram. İstəyirəm ali təhsil alsınlar və bir peşə sahibi olsunlar”.

Izzət onu da bildirib ki, övladlarının seçiminə qarışmayacaq.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR