Safuranın ərinin “Eurovision” iştirakçısı ilə FOTOSU yayıldı
Bizi izləyin

Magazin1

Safuranın ərinin “Eurovision” iştirakçısı ilə FOTOSU yayıldı

Azərbaycanı "Eurovision 2013" musiqi yarışmasında təmsil edən Fərid Məmmədov sosial şəbəkədə Fərhad Əliyev ilə çəkdirdiyi fotosunu paylaşıb. Şəkil sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Publika.az xəbər verir ki, foto Avropa Oyunları ərəfəsində hazırlıqlar zamanı çəkilib.

Qeyd edək ki, Fərid Məmmədov Azərbaycanı "Eurovision" musiqi yarışmasında "Hold me" adlı mahnı ilə təmsil edib. Xatırladaq ki, Fərhad Əliyev sənaye və energetika naziri Natiq Əliyevin oğludur və Azərbaycanı 2010-cu ildə "Eurovision" musiqi yarışmasında təmsil edən Safura Əlizadə ilə ailəlidir. Cütlüyün 1 oğlu var. Bu yaxınlarla cütlük övladlarına təmtəraqlı 1 yaş mərasimi keçirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm