Elza: “İki kişinin qolları arasında...” - FOTO
Bizi izləyin

Magazin1

Elza: “İki kişinin qolları arasında...” - FOTO

Əməkdar artist Elza Seyidcahanın 3 gizli arzusu var.

Bu barədə Publika.az-a danışan sənətçi yaxın zamanlarda həmin arzulara qovuşacağını deyib: “Üç arzum var, üçü də reallaşacaq. Buna əminəm. Çünki bu arzuları klip təqdimatımda iki kişinin ortasında oturduğum zaman ürəyimdə tutmuşam. Bu kişilərdən biri bəstəkar Sirus Abasbəyli, digəri isə tanınmış şair İsmayıl Dadaşovdur. Hesab edirəm ki, iki ləyaqətli kişinin qanadları arasında oturmaq elə arzuların yerinə yetməsi deməkdir”.

Amma Elza bu arzuların nədən ibarət olduğunu gizlin saxlayıb.

Cəvahir

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm