“Yaxşı ki sən varsan, ay sədəfli saz!”
Bizi izləyin

Magazin1

“Yaxşı ki sən varsan, ay sədəfli saz!”

İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Yaxşı ki, sən varsan, ay sədəfli saz!” adlı böyük aşıq konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm