Emin: “Uşaqlarım məni Maykl Ceksonla müqayisə edib deyirlər ki, o daha bomba oğlandır, çünki...”
Bizi izləyin

Magazin1

Emin: “Uşaqlarım məni Maykl Ceksonla müqayisə edib deyirlər ki, o daha bomba oğlandır, çünki...”

Bəstəkar-müğənni Emin Qazaxıstanın paytaxtı Astanadadır.

Publika.az xəbər verir ki, müğənninin səfərinin məqsədi MUZ TV-nin təqdim etdiyi mükafatlandırma mərasimində iştirak etməkdir. Səfər çərçivəsində Emin Qazaxıstanda yaşayan fanatları ilə də görüşüb. Görüş zamanı ifaçının fanatları ona Qazaxıstanın milli geyimini də hədiyyə ediblər. Pərəstişkarlarının sözünü yerə salmayan Emin, Qazaxıstanın milli geyimini geyinərək onlarla birlikdə xatirə şəkli də çəkdirib.

Mükafatlandırma mərasimində iştirak edən Emin “Muz TV Awards” mükafatlandırma mərasimində “Ən yaxşı albom” nominasiyasında qalib gəlib.

Qeyd edək ki, “Muz TV” mükafatı Rusiyanın Muz-TV telekanalı tərəfindən təqdim olunur. Səsvermə telekanalın rəsmi saytında aparılır. Bu il Astanada baş tutan mərasim mükafatlandırma tarixində ən böyük auditoriyaya malik olub. 35 min insan stadionda konserti canlı olaraq izləyib.

Mükafata layiq görülən Emin ürək sözlərini də səhnədən bildirib:

“Mənim uşaqlarım (Eminin 2 oğlu var. Əli və Mikayıl – red.) hər zaman məni Maykl Cekson ilə müqayisə edib deyirlər ki, o daha bomba oğlandır, çünki onun çoxlu musiqi mükafatları var. Bu mükafata görə mən “Muz TV”-yə təşəkkür edirəm. Mən uşaqlarımın gözündə ucalıram. Mənə səs verib dəstək olan bütün fanatlarıma isə minnətdaram. Bu, sizin qələbənizdir”.

Publika.az həmin fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm