Elzanın qızının toyuna hansı Hollivud ulduzu gələcək?
Bizi izləyin

Magazin1

Elzanın qızının toyuna hansı Hollivud ulduzu gələcək?

Əməkdar artist Elza Seyidcahanın qızı subaylığın daşını atmaq qərarına gəlib. Bu barədə ifaçı ATV telekanalına müsahibəsində bildirib. O, bu toyda dünya şöhrətli Hollivud ulduzunun iştirak edəcəyini də vurğulayıb.

“Toy ərəfəsindəyəm. Sentyabr ayında qızımın toyu olacaq. Ona hazırlaşırıq. Toyda çox məşhur ulduz qonaq iştirak edəcək. Toyu tez edərdik. Amma o ulduza görə sentyabra qədər saxlayırıq. Onun gəlməyə vaxtı yoxdur. Hollivud ulduzudur və Amerikadan gələcək. Özü də hədiyyə olaraq gələcək. Yeganə müğənniyəm ki, Allah hər şeyi mənə hədiyyə kimi qismət edir. Qızımı sənət dostlarım məndən çox istəyir. Oğlumun toyu da çox maraqlı keçmişdi. Bütün sənət dostlarım gəlmişdi. Hətta gələn müğənnilər də pul yazdırmışdılar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm