• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Manana Caparidze və Murad Sadıx dostluğu rezonansa səbəb oldu - VİDEO/FOTOLAR

  • Magazin1
  • 8 İyun 2015 12:15
  • 660 Baxış
Manana Caparidze və Murad Sadıx dostluğu rezonansa səbəb oldu - VİDEO/FOTOLAR

Bu günlərdə iki ifaçı işbirliyinə imza atıb. Publika.az xəbər verir ki, Azərbaycanın əməkdar artisti, tanınmış estrada ulduzu Manana Caparidze sevilən müğənni Murad Sadıxla birlikdə "Sinyaya veçnost" mahnısını duet oxuyub. Ölməz Müslüm Maqomayevin ifasında dillər əzbərinə çevrilmiş mahnını sənətçilər rus dilində ifa ediblər. Ötən həftədən etibarən YouTube-da yayımlanan bu uğurlu yaradıcı iş, yetərincə dinləyici marağına səbəb olub. Əməkdaşımızla söhbətlərində hər iki ulduz təəssüratlarını bölüşüblər:

Əməkdar artist Manana bildirib ki, bu mahnını ifa etmək istənilən müğənnidən böyük məsuliyyət tələb edir:

“Azərbaycanda elə dinləyici tapılmaz ki, "Sinyaya veçnost"ı sevməsin. Həm mən, həm də Murad uzun illərdir ki, bu mahnını repertuarımıza daxil etmişik. Şadam ki, bizim Muradla ilk duetimiz məhz bu mahnı oldu. Mən Murad Sadıxın nəinki özünü, ailə üzvlərini də çox istəyirəm. O, çox tərbiyəli və istedadlı ifaçıdır. İlk işbirliyimiz gözlədiyimizdən də uğurlu alındı. İnanıram ki, dinləyənlər də müsbət rəy verəcəklər".

Müğənni Murad isə bu əsəri ifa etməkdən qürurlandığını bildirib.

“İlk duetimi Azərbaycanın çox güclü səslərindən biri olan, əməkdar artist Manana Caparidze ilə yazdırdım. O, çox peşəkar müğənni olmaqla yanaşı, gözəl dost, qayğıkeş anadır. Əslində, bu dueti biz bir neçə ay bundan əvvəl dinləyicilərə təqdim etməliydik. Sadəcə, Manana xanımın qastrol səfərlərində olması mahnını lentə aldırmağımızı yubadırdı. Amma gözləməyə dəyərdi. Tərifləmək kimi çıxmasın, "Sinyaya veçnost" bizim ifamızda gözəl və fərqli alındı. Mənə bacılarım qədər dəyərli olan Mananaya da, özümə də bol-bol yaradıcılıq uğurları arzulayıram”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR