Fransanın tanınmış yazıçıları Bakıdadır
Bizi izləyin

Magazin1

Fransanın tanınmış yazıçıları Bakıdadır

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Fransanın tanınmış 11 yazıçısından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər iyulun 15-dək davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən mılumata görə, layihənin həyata keçirilməsində məqsəd ölkəmizə dair novellalanın hazırlanması və onların Fransada kitab şəklində çap olunmasıdır.

Qeyd edək ki, çap olunacaq kitabların gələcəkdə fransız dili ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsi planlaşdırılır.

Səfər çərçivəsində qonaqların Bakı, Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm