• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası

  • Magazin1
  • 8 İyun 2015 15:10
  • 368 Baxış
Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası

İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı tamaşaçılara təqdim etməyə hazırlaşır.

Teatrdan verilən məlumata görə, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi Boris Manciyevin Azərbaycanın görkəmli yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşanın premyerası nümayiş etdiriləcək.

İki ölkənin teatr rəhbərləri arasında imzalanmış, yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Tamaşanın teatrın yeni – 88-ci mövsümündə Rusiya Federasiyasının bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR