Faiq Ağayev: "Diskimin 2-3 nüsxəsi satılmayanda narahat oluram"
Bizi izləyin

Magazin1

Faiq Ağayev: "Diskimin 2-3 nüsxəsi satılmayanda narahat oluram"

Xalq artisti Faiq Ağayev bu gün “Günaydın” verilişinin qonağı olub. Verilişin aparıcısı Vüsalə Kərimovanın müzakirə mövzusu “Müasir oxucu və kitab” idi. Fikirləri ilə seçilən xalq artisti oxucu və kitab arasında yaranan problemlərdən danışıb.

“Biz kitabın nə qədər böyük gücə malik olduğunu dərk etdirməliyik. Kitab mağazalarına gedən müğənnilərdənəm. Azərbaycan dilində ədəbiyyat azdır. Dünya klassiklərinin tərcüməsi azdır. Mağazalarda böyük yazarların əsərləri yoxdur. Azərbaycan dilində çap olunan kitablar azdır. Əvvəl bu boşluq doldurulmalıdır. Yazıçılar Birliyinin üzvləri iş görsələr, 3 və ya 5 ildən sonra kifli kitab anbarlarında kitab qalmayacaq. Mən bir müğənni kimi 5 min tirajla albom buraxıram. Onun 2-3 nüsxəsi satılmayanda narahat oluram. Görün, hansı vəziyyətdəyik ki, 9 milyon əhali olan ölkədə min tirajla kitab satmaq böyük bir uğurdur. Mənə elə gəlir ki, bunlardan danışmaq lazımdır”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm