Fəvvarələr Meydanında hər kəs səhnədə oxuya bilər
Bizi izləyin

Magazin1

Fəvvarələr Meydanında hər kəs səhnədə oxuya bilər

“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə “Mənim ifam” layihəsi həyata keçirilir.

Musiqi dinləməyi və ifa etməyi sevənlər, paytaxtın mərkəzində qurulan açıq səhnədə bacarıqlarını sınaya və əylənə bilərlər.

Azərtac-ın məlumatına görə, “Mənim ifam” layihəsi “Bakı 2015” birinci Avropa Oyunları ərəfəsində hər kəsə öz musiqi duyumunu və istedadını nümayiş etdirməyə imkan yaradır. Səhnə şəhərin mərkəzində - Fəvvarələr Meydanında quraşdırılıb.

Burada Azərbaycan, rus, ingilis və türk dillərində pop, rok, rep, eləcə də xalq mahnıları ifa olunur. Həmçinin rəqs qabiliyyətinə malik insanlar da yerli və xarici rəqs nömrələrini məharətlə nümayiş etdirə bilərlər. Bir sözlə, xalq səhnəsi izləyicilər üçün maraqlı və müsbət əhval ruhiyyə vəd edir. Birinci Avropa Oyunlarının sonunadək hər gün saat 17-dən 21-dək davam edəcək xalq səhnəsində paytaxtımıza gələn turistlər də öz məharətlərini nümayiş etdirə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm