Niyam Salami: “Sən qələt edirsən yemirsən!”
Bizi izləyin

Magazin1

Niyam Salami: “Sən qələt edirsən yemirsən!”

Xəzər telekanalında qonaq olan müğənni Niyam Salami səhər yeməyinin vacibliyindən danışıb və evinə qonaq gələn hər kəsi səhər yeməyə məcbur etdiyini bildirib.

“Evimdə qonaq olan dostlarım səhər yeməyi ortaya gələndə “mən yemirəm” deyir. Deyirəm ki, sən qələt edirsən yemirsən. Elə şey olar? Mən səhər tezdən süd, kənd xaması, yoqurt, doğranmış banan qatışdırıb yeməkdən əvvəl içirəm. Bundan sonra səhər yeməyi yeyirəm”.

İfaçı həmçinin bir neçə gün əvvəl qəza keçirdiyini də bildirib.

“İki gün əvvəl avtomobil qəzası keçirmişəm. Ayağım zədələnib. Heç yeriyə bilmirəm, verilişə güclə gəlmişəm. Yol polisi sağ olsun, həmin gün mənə çox kömək etdi. Şükür ki, salamatçılıqdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm