Sərxan Sərxan Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Sərxan Sərxan Bakıda konsert verəcək

Moskvada yaşayan həmyerlimiz, əməkdar artist Sərxan Sərxan iyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo-konsert verəcək.

Teatrdan verilən məlumata görə, S.Sərxan uzun illərdir Moskvada yaşasa da, hər il yay aylarında Bakıya qonaq gəlir və doğma vətənində konsert proqramı ilə çıxış edir. O, Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 2012-ci ilin aprelində “Humay” mükafatına layiq görülüb.

Müğənninin repertuarı Azərbaycan xalq və bəstəkar mahnıları ilə zəngindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm