ANS hədələndi: “Qan tökülməsini istəyir?” – VİDEO
Bizi izləyin

Magazin1

ANS hədələndi: “Qan tökülməsini istəyir?” – VİDEO

ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın hicablı qadınları təhqir etməsi dindarların böyük etirazına səbəb olub.

Axar.az xəbər verir ki, bu gün telekanala gedən bir qrup dindar aparıcının efir vasitəsilə üzr istəməsini tələb edib. Dindarların fikrincə, aparıcının işlətdiyi ifadələr bütün inanclı qadınlara təhqirdir.

Xatırladaq ki, aparıcı efirdə bu fikirləri səsləndirib:

“İmam Hüseyn müsibəti adı altında profillər açırlar e, özlərinə... Sonra biz o profillərə girəndə o qədər orada lüt qız-oğlan şəkilləri görürük, biədəb... Birincisi, imama hörmət etmək lazımdır. Onun adına Feysbukda profil yox, səhifə açmaq lazımdır..."

İnanclı insanların isə bu sözlər xətrinə dəyib. Aparıcı deyib ki, “o qara-qura arvadlardansa, bayquş kimi belə... neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm