Türkdilli ölkələrin Gənclik Kamera Xoru yaradılır
Bizi izləyin

Magazin1

Türkdilli ölkələrin Gənclik Kamera Xoru yaradılır

TÜRKSOY-un təşəbbüsü ilə iyun ayında Ankarada türkdilli ölkələrin Gənclik Kamera Xorunun yaradılması planlaşdırılır.

Layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Başqırdıstandan gənc ifaçılar iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyunun 13-ü və 16-da layihədə iştirak edəcək Azərbaycan ifaçıları Ankaraya gedəcək.

Nazirlikdən verilən məlumata görə, türkdilli ölkələrin Gənclik Kamera Xorunun tərkibində iştirak edəcək heyətə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm