Yataq xəstəsi olan Nuriyyə Əhmədovanın ev xəbəri yalan çıxdı - ÖZƏL AÇIQLAMA
Bizi izləyin

Magazin1

Yataq xəstəsi olan Nuriyyə Əhmədovanın ev xəbəri yalan çıxdı - ÖZƏL AÇIQLAMA

Əməkdar artist Nuriyyə Əhmədovaya mənzil verilməsi ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər “Günə baxan” verilişində məlumat verib: “Buradan Nuriyyə xanıma sevindirici xəbər çatdırmaq istəyirəm. Müəyyən işlər görülüb. Bu yaxınlarda siz də öz evinizə köçəcəksiniz. Hazırda baş Avropa Oyunlarına qarışıb. Ondan sonra bu şad xəbəri daha geniş formada işıqlandıracağıq”.

Publika.az-a açıqlama verən xalq artisti xəbəri təkzib edib: “Yalan söhbətdir. Keçən il də belə xəbərlər yayıldı. Hamı məni muştuluqladı. Elgizdir də, danışır. Təki düz olsun. Mən o evin içinə yığışmamış inanmayacağam. Ev verilsə, içinə girəndən sonra el-aləmə car çəkəcəyəm, qoy sevinsinlər. Çünki xalq bunu məndən də çox istəyir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm