Milyonçunun nəvəsi Elnarəyə mükafat verib - FOTO
Bizi izləyin

Magazin1

Milyonçunun nəvəsi Elnarəyə mükafat verib - FOTO

Müğənni Elnarə Xəlilova mükafata layiq görülüb. Publika.az-ın məlumatına görə, o, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin (ARMDQİB) təsis etdiyi “Ağamusa zirvəsi” diplomu ilə təltif edilib. Mükafatı ona Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağamusa Nağıyevin qızı, sözügedən birliyin sədri Dilarə Ağamusa təqdim edib.

Elnarə bu mükafata musiqi aləmində mədəniyyəti ilə seçildiyi, ailədə nümunəvi xanım, ana kimi xüsusi yeri olduğuna görə və A. Nağıyevin xeyriyyəçilik əməlləri, eləcə də ictimai fəaliyyətinə dəyər verdiyi üçün layiq görülüb.

Xatırladaq ki, ötən gün E. Xəlilova Azərbaycan Talassemiya Federasiyası tərəfindən “Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə” də diplom və mükafatla təltif edilib. Müğənni həmçinin Azərbaycan Gənc qan donorlarının ikinci forumunda da fəxri qonaq kimi iştirak edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm