Avropa və Şərqin musiqi ənənələri ahənglə bir araya gətirilib
Bizi izləyin

Magazin1

Avropa və Şərqin musiqi ənənələri ahənglə bir araya gətirilib

Azərbaycanın klassik musiqi ifaçısı pianoçu Səidə Zülfüqarova üçün Sorbonn Universitetinin səhnəsi heç də yad deyil. O, Azərbaycanın tanınmış tarzəni Sahib Paşazadə ilə birgə yaradıcılıq tandemində “Klassik üslubda Ənənələr” adlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycanlı sənətçilərin uğurlu dueti 200-dən artıq parisli musiqi sevərləri valeh edib. Publika.az xəbər verir ki, konsert iyunun 8-də Sorbonn Universitetinin ən görkəmli tələbəsi və daha sonra direktoru olan Kardinal Reşelye adına tarixi Amfiteatrda baş tutub.

Konsert Səidə Zülfüqarovanın irəli sürdüyü təşəbbüs əsasında Sorbonn Universitetinin Mədəniyyət Xidməti, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyi tərəfindən birgə əməkdaşlıq şəraitində təşkil edilib.

Konsertin rəsmi hissəsində Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin, Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev çıxış ediblər. Natiqlər Azərbaycanın zəngin mədəniyyəti olan bir ölkə, həm regional, həm də beynəlxalq aləmdə mühüm yer tutmasından geniş bəhs ediblər. Bildirilib ki, Azərbaycan, 2001-ci ildən Avropa Şurası kimi bir çox beynəlxalq təşkilatların üzvüdür, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısıdır, 12-28 iyun tarixlərində “Bakı 2015” I Avropa Oyunlarına ev sahibliyi edəcək.

Bakıda anadan olmuş pianoçu Səidə Zülfüqarova musiqi dərslərinə yeddi yaşından başlayıb. O, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil almış, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan xanım Zülfüqarova Parisdə Paris IV Sorbonn Universiteteində Musiqişünaslıq üzrə ali təhsil və Magistr dərəcəsi almışdır. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konserfatoriyasının professoru olan Səidə Zülfüqarova Fransa Dövlət Diplomuna layiq görülüb.

Konsertdə Zülfüqarova Paşazadə dueti Astor Piazzollanın nisgilli “Oblivion” əsərini, Jorj Bizenin “Karmen” uvertyurasını, Vittorio Montinin “Czardas”, əsərini, həmçinin Fərhad Bədəlbəylinin “Şuşa” əsərini və Ramiz Rzaevin “Çahargah” rapsodiyasını ifa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm