Sevdadan ŞOK ittiham: “Əri böyründə ola-ola beş məşuqu var”
Bizi izləyin

Magazin1

Sevdadan ŞOK ittiham: “Əri böyründə ola-ola beş məşuqu var”

Haqqında yazılan xəbər müğənni Sevda Kazımovanı özündən çıxarıb.

Publika.az-a açıqlama verən sənətçi ürəyini belə boşaldıb: “Təəssüf ki, bəzən haqqımda elə yazılar yazırlar ki, əsəbimdən özümə yer tapa bilmirəm. Yazıblar ki, guya mən ərimdən ayrı yaşadığım müddətdə başqa kişilərlə görüşmüşəm və bunu özüm demişəm. Hər kəs bilir ki, mən həyat yoldaşımdan 12 il ayrı yaşamışam, sonradan barışmışıq. Məni tanıyanlar yaxşı bilir ki, ərimdən ayrı yaşadığım müddətdə mənim həyatımda oğlanlarımdan başqa heç kim olmayıb. Təbii ki, həmin vaxtda gözəl qadın kimi mənə yaxınlaşmaq, görüşmək istəyən kişilər olub, amma rədd etmişəm”.

Sevda Kazımova bir də haqqında belə yazılar yazılsa, məhkəməyə müraciət edəcəyini də gizlətməyib:

“Mən əri böyründə ola-ola beş məşuqu olan qadınlardan deyiləm. Çünki ağlı başında olan qadınam və böyük oğlanlarım var. İndi də həyat yoldaşım yanımdadır və özümü çox xoşbəxt qadın sayıram. Məni gözdən salmaq üçün bir də belə qərəzli yazılar yazılsa, məhkəməyə müraciət edəcəyəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm