Maşını vurulan prodüser: ”Hələ kreditini ödəyib qurtarmamışam” - FOTOLAR
Bizi izləyin

Magazin1

Maşını vurulan prodüser: ”Hələ kreditini ödəyib qurtarmamışam” - FOTOLAR

Bu gecə məşhur prodüser Mikayıl Hüseynovun başına xoşagəlməz hadisə gəlib. Paytaxtın əyləncə məkanlarından birində doğum gününü qeyd edən prodüserin avtomobilini naməlum şəxs vuraraq qaçıb. Gördüklərindən prodüser pərişan olub.

Publika.az-a açıqlama verən prodüser polisə şikayət edib.

“Ad günümün keçirildiyi məkandan çıxanda avtomobilimi vurulmuş vəziyyətdə gördüm. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Dərhal 102 polis xidməti ilə əlaqə saxladım ki, baş vermiş hadisə ilə əlaqədar şikayət etdim. Polis xidmətindən bildirdilər ki, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları yoxdur. Bu səbəbdən şikayət ərizəmi geri götürdüm”.

Mikayıl Hüseynov onu da bildirib ki, avtomobili hələ kreditdədir.

“Hyundai Teane” avtomobilimi təzə almışdım. Hələ kreditini ödəyib qurtarmamışam. Hazırda banka 10 min dollar borcum qalıb. Sığorta da icbari etdirmişəm. Avtomobilin min manatlıq xərci var”.

Saat 23:00-da məkana daxil olan prodüser hadisədən səhərə yaxın, saat 04:00-da, oranı tərk edərkən xəbər tutub.

“Bildiyim bircə odur ki, avtomobilimi qırmızı rəngli maşın vurub. Çünki maşınımın üstündə qırmızı izlər var”.

Publika.az-a danışan prodüser hadisənin bilərəkdən edilmədiyini və heç kəsdən şübhələnmədiyini bildirib.

Qeyd edək ki, Mikayıl Hüseynov xalq artisti Nazpəri Dostəliyevanın prodüseridir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm