"Ay Nazənin, mən sənin kimi..." Təranədən Nazəninə sillə kimi CAVAB
Bizi izləyin

Magazin1

"Ay Nazənin, mən sənin kimi..." Təranədən Nazəninə sillə kimi CAVAB

İllərdir Azərbaycan səhnəsində birlikdə külüng vuran, bir-birinə hər zaman dəstək olan ifaçılar Musa Musayev və Təranə Qumral cütlüyü barədə müğənni Nazənin yenidən xoşagəlməz fikirlər səsləndirib.

İfaçı Nazənin öz həyat yoldaşının ona Təranə Qumralla xəyanət etdiyini iddia edərək ailəli xanıma şər-böhtan atıb. Publika.az xəbər verir ki, Təranə Qumral sənət yoldaşı Nazənin barədə heç danışmaq istəmədiyini və bu işlərlə nümayəndəsi, hüquqşünas Vüqar Səfərlinin məşğul olduğunu qeyd edib: "Gözəl mövsümdü. Heç əhvalımı belə şeylərlə korlamaq istəmirəm. Öz ailəmlə, balalarımla məşğulam. Şükür Allaha, toylarımıza gedirik, çox sağ olsun Azərbaycan xalqı... Yəqin, Nazəninin toylarının sayı azalıb, yenə reklam arxasınca qaçır. Eybi yox, problem deyil. Mən gülərək belə şeyləri qəbul edirəm. Son olaraq belə deyim ki, ay Nazənin, Azərbaycan xalqı bilir ki, sən kimsən, mən kiməm. Mən sənin kimi deyiləm".

Ətraflı məlumat almaq üçün V.Səfərli ilə əlaqə saxladıq: "Müğənni Nazəninin 10.05.2015 tarixli müsahibəsində Təranə xanım barəsində jurnalistin ona ünvanladığı suala Nazəninin məlum cavabı ilə bağlı məsələyə münasibət bildirərək qeyd etmək istəyirəm ki, əvvəla, hüquqlarını müdafiə etdiyim, məhkəmədə təmsil etdiyim müğənni İbrahimova Təranə (Qumral) məhkəmə prosesi başlayandan hal-hazırda davam etdiyi müddətcə susqunluğunu pozmamış, qapalı məhkəmə prosessinin tələblərinə uyğun olaraq və şəxsən mənim xahişimlə mətbuata Nazənin barəsində heç bir müsahibə verməmişdir. Bir daha qeyd edirəm ki, müğənni Təranə Qurmal ilə Nazənin arasında "Şərəf və ləyaqətinin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə gedən məhkəmə prosesi qapalıdır.

Bunu Nazəninin vəkili Adəm Məmmədov vasitəsi ilə məhkəmədə təmsil olunan Nazənin xanım yaxşı bilir. Bilmirsə belə, vəkilinin borcudur ki, Mülki Prossesual Qanunvericiliyə əsasən, qapalı məhkəmə prosesinin tələblərini ona izah etsin. Hansı kı, şəxsi ailə sirrinin qorunması üçün özü iş üzrə ötən məhkəmə iclaslarında hakimdən məhkəmənin qapalı keçirilməsini tələb etmişdi. Məhkəmənin qapalı keçirilməsinə dair qərar da mövcuddur. Heç bir halda tərəflər məhkəmə prosesi davam etdiyi müddətcə şəxsi ailə sirrini, həmçinin intim məlumatları yaya bilməz. Mesajlara gəldikdə isə bizdə də həmin mesajların bir nüsxəsi var və orada elə dəhşətli faktlar var ki, biz onları açıqlasaq, gərək bəzi insanlar adam içərisinə çıxmağa belə cəhd etməsinlər.

Lakin bizim qanuna hörmətimiz var və bu qanunla qadağan olunub. O ki qaldı Nazənin Salahovanın ifadəsinə, bildirmək istəyirəm ki, tamamilə böhtan xarakterlidir. Təranə xanımın onun həyat yoldaşı Musa Musayevin şərəf və ləyaqətini növbəti dəfə alçaltmağa hesablanmış addımdır. Biz bu barədə iddia həcmini artıraraq məhkəməyə təqdim edəcəyik. Öz növbəmdə, Nazənin xanıma demək istəyirəm ki, Azərbaycan incəsənətini təmsil edən insana belə hərəkətlər qətiyyən yaraşan hərəkətlər deyil. Ailəli bir xanımın ünvanına böhtan atmaq isə ən mədəni formada desək, ayıbdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm