• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Cavanşir Məmmədov canlı yayımda aparıcıya hədə-qorxu gəldi - ŞOK

  • Magazin1
  • 11 İyun 2015 17:10
  • 6 090 Baxış
Cavanşir Məmmədov canlı yayımda aparıcıya hədə-qorxu gəldi - ŞOK

Əməkdar artist Cavanşir Məmmədov canlı yayımda aparıcıya hədə-qorxu gəldi.

Publika.az xəbər verir ki, “Space”-in efirində “Gör, kim gəldi” verilişinin ilk iştirakçıları Cavanşir Məmmədov, Manaf Ağayev, Nadir Qafarzadə və həmin proqramın aparıcısı tanınmış jurnalist Tahirə Məmmədqızı “Günaydın” proqramının qonağı olublar.

Verilişə qədəm qoyan Cavanşir Məmmədov qapıdan içəri girən anda aparıcı Vüsalə Kərimovaya “Ehtiyatlı ol” deyərək hədə-qorxu gəlib. Xanım aparıcı bunun səbəbini soruşanda aldığı cavab belə olub: “Siz iynələrinizi həmişə verilişə saxlayırsınız. Mən heç kimlə qanlı-bıçaq deyiləm. Sənə ona görə “ehtiyatlı ol” dedim ki, iynələrini saxlayasan. Çünki sən quyu qazmaqda mahirsən”.

Özünü itirməyən peşəkar aparıcı Vüsalə Kərimova da söz altda qalmayıb: “Siz elə dedikcə mən iynələrimi daha çox batırıram. Bilirəm siz mənimlə dalaşıb verilişi yarımçıq tərk etmək istəyirsiniz, ona görə də gəlin oxuyun. Mən də iynələrimi axıra saxlayacağam”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR