“Xortdanın cəhənnəm məktubları” tamaşası nümayiş olunub
Bizi izləyin

Magazin1

“Xortdanın cəhənnəm məktubları” tamaşası nümayiş olunub

İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyerasını tamaşaçılara təqdim etdi.

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, ölkəmizin fəxri mədəniyyət işçisi Boris Manciyevin Azərbaycanın görkəmli yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşanın premyerası böyük uğurla nümayiş olunub.

İki ölkənin teatr rəhbərləri arasında imzalanmış yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

İbrətamiz həyat hekayətlərinə həsr olunmuş yarı fantastik, yarı realist üslubda hazırlanmış tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd və başqaları ifa ediblər.

Tamaşa alqışlarla qarşılanıb və bildirilib ki, teatrın yeni – 88-ci mövsümündə Rusiya Federasiyasının bir sıra şəhərlərində səhnə əsərinin nümayiş etdirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm