Azərbaycanlı yazıçının “Ləkələnmiş namusu” üzə çıxdı
Bizi izləyin

Magazin1

Azərbaycanlı yazıçının “Ləkələnmiş namusu” üzə çıxdı

Tanınmış yazıçı Vidadi Babanlının yeni kitabının siqnal nüsxəsi çıxıb.

Bu barədə Publika.az-a yazıçı özü məlumat verib: “Zəmanə adamı” adlı kitab iki romandan ibarətdir. Romanlardan biri “Ləkəli namus”, digəri isə “Təzə sevdalar” adlanır: ”Kitabın siqnal nüsxəsi dünən əlimə gəlib çatdı, yaxın bir həftədə roman 500 tirajla nəşr olunacaq”.

Yazıçı qarşılaşdığı problemlərdən də danışıb: “İndi kitab çıxarmaq çox çətindir. Əvvəllər xəbərimiz olmurdu kitab harda çıxdı, harda satıldı. Çağırıb qonorarımızı verirdilər. Amma indi vəziyyət çətinləşib. Kitabın nəşri ilə də yazıçı məşğul olur, satışı ilə də. İndi yazar özü xərc çəkir ki, kitabı çap olunsun”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm