Verilişdə dava düşdü, aparıcı özünü itirdi - QARŞIDURMA/FOTOLAR
Bizi izləyin

Magazin1

Verilişdə dava düşdü, aparıcı özünü itirdi - QARŞIDURMA/FOTOLAR

Bu axşam “Space” televiziyasının efirində “Gör, kim gəldi” verilişinin növbəti buraxılışı yayımlanacaq.

Publika.az-ın məlumatına görə, bu dəfə də veriliş qalmaqallı açıqlamalarla yadda qalacaq. Tanınmış aşıqlar bir-birinin ünvanına kəskin ittihamlar səsləndirəcək. Heç vaxt səs tonunu qaldırmayan və qalmaqaldan uzaq olan Aşıq Fəzail həmkarlarını yıxıb-sürüyəcək. Aşıq Əli ona qonaq gələn məşhur həmkarını qovacaq. Efirdə baş verən dava aparıcını çıxılmaz vəziyyətə salacaq.

Bütün bunlar axşam saat 21.30-da “Space” televiziyasının efirində “Gör, kim gəldi” verilişinin növbəti buraxılışında yaşanacaq. Verilişin təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Qeyd edək ki, layıhənin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayevdir.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm