Xalq artisti: “Səmimiyyəti kifirliyini də yaddan çıxarır”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Səmimiyyəti kifirliyini də yaddan çıxarır”

Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva indiki aktyor və aktrisaların əksəriyyətinin səmimiyyət sarıdan korluq çəkdiyini bildirib.

Publika.az-a danışan aktrisa səmimi olmadan tamaşaçı sevgisinə nail olmağın mümkünsüzlüyünü deyib:

“Yeni nəsil aktyor və aktrisaların əksəriyyətində çatışmayan xüsusiyyət səmimiyyətdir. Elə bu səbəbdən də tərəf-müqabilləri ilə səhnədə ünsiyyət problemi yaşayırlar. Tamaşaçı səmimiyyəti dəyərləndirir və səmimi olmayanı sevmir və qəbul etmir. Buna görə də səhnədə gözəl olmaqdan öncə səmimi olmaq lazımdır. Bəzən elə balacaboy, kifir aktyor olub ki, səhnədə hər kəsin diqqətini özünə çəkib. Onun səmimiyyəti kifirliyini də yaddan çıxarır. Söz yox ki, səhnə adamı boy-buxunlu olmalı, səs tembri ilə seçilməlidir. Amma səmimiyyət, təbiilik birinci yerdə dayanır. Aktyor daxilən səmimi olmasa, heç vaxt sevilməyəcək”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm