Rusiyalı aparıcı “Günaydın”ın qonağı oldu
Bizi izləyin

Magazin1

Rusiyalı aparıcı “Günaydın”ın qonağı oldu

“Günaydın” verilişi bu gün efirini İlk Avropa Oyunlarına həsr edib. Verilişin qonaqları sırasında Rusiyanın “Боец” telekanalında “Ударные новости” və “Дан-Тест” verilişlərinin aparıcısı Nikolay Korovin də iştirak edib. Əcnəbi teleaparıcı Azərbaycan idmançılarının uğurundan danışıb.

“Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar bəy “Baku Open” adlı turnir təşkil etmişdi. Biz də “Боец” kanalı olaraq həmin turniri yayımlayırdıq. Turnirdə fransızlar, almanlar, türkiyəlilər, azərbaycanlılar, gürcülər, ruslar iştirak edirdi. Hər il ard-arda “Baku Open” keçirilir. Bu il isə İlk Avropa Oyunlarının açılışına gəlmişik.

Belqradda çempionatda olanda Azərbaycan komandalar arasında ikinci yerdə qərarlaşdı. Rafael Ağayev həmin dünya çempionatında 4 qat dünya çempionu oldu. Azərbaycandan medal qazanmayan idmançı olmadı. Rusiya çempinonatda 100 nəfərlə təmsil olunurdu. 1 medal belə qazana bilmədilər. Mən özüm aparıcılıq etdiyim verilişdə təəccübümü gizlədə bilmədim. Cəmi 10 nəfərlə çempionata qoşulan Azərbaycan idmançılarından medal qazanmayan olmalı. Hətta 2 medal qazananlar da oldu. 100 nəfərlik nümayəndə heyəti ilə gələn Rusiya isə 1 medal belə qazana bilmədi. Bu sözlərimə görə hətta ruslar məndən incimişdi”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm