Alim Qasımovdan təzə xəbər
Bizi izləyin

Magazin1

Alim Qasımovdan təzə xəbər

Xalq artisti, ustad xanəndə Alim Qasımov qızmar yayı konsert salonlarında keçirəcək. Özü də Azərbaycanda deyil, Avropada.

Xanəndənin mətbuat əlaqələndiricisi Səadət Möhübova sənətkarın yenilikləri barədə Publika.az-a açıqlama verib.

Onun sözlərinə görə, sənətkar qızı Fərqanə Qasımova ilə iyunun 19-22-də İsveçrənin Martin şəhərində konsert proqramı ilə çıxış edəcək. Burada o, həm də ustad dərsləri keçəcək.

Digər bir konsert iyulun 15-də Fransanın Kann şəhərində təşkil olunacaq. Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə planlaşdırılan konsert proqramı “Qarabığın səsi” adı altında təqdim olunacaq.

Avqustun 30-dan başlayaraq sentyabrın 7-dək isə Alim Qasımov Malayziyada konsert verəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm