Aygün Kazımova dünya ulduzları ilə ayaqlaşaraq bir ilkə imza atdı – FOTO/VIDEO
Bizi izləyin

Magazin1

Aygün Kazımova dünya ulduzları ilə ayaqlaşaraq bir ilkə imza atdı – FOTO/VIDEO

Xalq artisti Aygün Kazımova şəxsi ətrinin satışına hazırlaşır. Müğənni bununla bağlı Publika.az-a eksklüziv açıqlamasında məlumat verib.

Aygün xanımın sözlərinə görə ətir onun adını daşıyacaq. Yəni satışa çıxacaq ətir “Aygün” adlanacaq. İdeyanın müəllifi Leyla Əhmədovadır.

“Aygün” adlı ətir Aygün Kazımovanın seçdiyi qoxular əsasında hazırlanıb və Fransada istehsal olunacaq. Ətrin yağı artıq Aygün Kazımovadadır.

Xalq artisti, həmçinin, ətrin flakonunun da maraqlı dizaynının olacağını əlavə edib.

Xatırladaq ki, Azərbaycanda indiyədək heç bir müğənninin adını daşıyan ətir istehsal olunmayıb. Dünyada isə bu geniş yayılmış tendensiyadır. Dünya şöhrətli ulduzlar Madonna, Rihanna, Cenifer Lopez, Şakira, Castin Biber, Kristina Aqilera və s. məşhurların isə adını daşıyan ətirlər artıq istehsal olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm