• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Niyam Salaminin evlilik vəd verdiyi xanım danışdı

  • Magazin1
  • 15 İyun 2015 08:30
  • 5 359 Baxış
Niyam  Salaminin evlilik vəd verdiyi xanım danışdı

Müğənni Niyam Salaminin evlilik vəd verdiyi gənc ifaçı Sabrina Qamze ürəyini mətbuata boşaldıb. O bildirib ki, Niyamla 7 il sevgili olub: “Heç birimiz belə sevgi yaşamamışdıq. Səhhətimlə bağlı xaricə müalicəyə gedəndə Niyam mənimlə getmək istəmədi. Hava limaninda qarşımda diz çökdü evlilik təklifi etdi, hətta barmağıma üzük taxdı, mənə son sözü belə oldu “mən səni ölənə qədər gözləyəcəm”.

Müalicədən sonra Bakıya qayıdanda eşitdim ki, artiq nişanlanıb və tezliklə toyu olacaq. Zənglərimə cavab vermədi, yaxın dostlarım onun toyuna gedəndə çox pis oldum, depressiya yaşadım. Uzun illərdən sonra bir tədbirdə yenə qarşılaşdıq, Niyam məni tanımamazlıqdan gəldi. Sonra eşitdim ki, boşanıb. İndi yenidən birlikdə olmağımızı istəyir, deyir gəl, evlənək, övladımız olsun, İmtina edirəm, çünki o illərə görə onu hələ bağışlaya bilmirəm. Ancaq üzüyü hələ də barmağımdadır, axı üzük sevgimizin nişanəsidir. Mən sevgiyə inanmıram, nifrət edirəm, həm də sevirəm, Niyama görə ifaçılığıma ara vermişdim. Eşitdim bu yaxında avtomobil qəzası keçirib, Allah köməyi olsun!”

Jalə Ağayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR