İlqarə Kazımova aparıcılıq edəcək - VİDEO
Bizi izləyin

Magazin1

İlqarə Kazımova aparıcılıq edəcək - VİDEO

Gənc müğənni İlqarə Kazımova aparıcılıq etmək arzusundadır. Publika.az xəbər verir ki, bu haqda ifaçı ATV telekanalına müsahibəsində bildirib.

“İstanbulda olarkən ağlıma bir ideya gəldi. Bir veriliş açmaq istəyirdim. Həmin verilişdə artıq çəkidən əziyyət çəkən xanımlara arıqlamaqda kömək etmək istəyirəm. Bu, həm mənə maraqlıdır, həm də çox adam mənə necə arıqlamağımla bağlı suallar verir”.

Müsahibəsində gənc müğənni həmçinin yeni mahnı yazdırdığını da bildirib.

“Yeni mahnını kliplə birgə tamaşaçıların ixtiyarına vermək istəyirəm. Lirikadır. Sözləri Kəmalə Qasımovaya, musiqisi isə gürcü musiqiçilərinə aiddir. Mahnı “Parçalanmış arzular” adlanır. Klipin sujet xətti olacaq. Klipdə tərəf müqabilim də olacaq”.

Aygün Kazımova isə “Parçalanmış arzular” mahnısının əslində özü üçün yazıldığını bildirib.

“Bu mahnı əslində mənim üçün bəstələnib. İstanbulda olanda mahnını mənə göndərdilər. Amma istədim ki, bu mahnını İlqarə ifa etsin”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm