Tahir Əkbər: “Müğənnilərə qiymət oxumuram” - ETİRAF
Bizi izləyin

Magazin1

Tahir Əkbər: “Müğənnilərə qiymət oxumuram” - ETİRAF

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər bəzi həmkarlarından fərqli olaraq, heç vaxt müğənnilərə qiymət oxumadığını söyləyib.

Publika.az-a danışan bəstəkar hətta bəzi müğənnilərə mahnılarını havayı verdiyini bildirib:

“Mahnı övlad kimidir, mənim üçün əsas olan onun layiqli ifaçı tərəfindən oxunmasıdır. Buna görə də elə müğənnilər olub ki, ona mahnını havayı vermişəm. Baxıram ki, səsi var, pulu yoxdur, güzəşt edirəm. Əksər mahnılarımı təmənnasız vermişəm”.

Bəstəkar nə veriblərsə, onunla da razılaşıb:

“Nədənsə, qiymət oxumağı xoşlamamışam. Bəzən sənət dostlarım mənə deyiblər ki, Tahir müəllim, bu mahnının qiyməti yoxdur, siz çox böyük güzəşt etmisiniz. Əsas odur ki, mahnını müğənni sevir. Məhz buna görə də o sənətçiyə mahnılarımı halal edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm