Toppuş bacı: “Üzgüçülüyə gedirəm, pəhriz saxlayıram və idmanla məşğul oluram”
Bizi izləyin

Magazin1

Toppuş bacı: “Üzgüçülüyə gedirəm, pəhriz saxlayıram və idmanla məşğul oluram”

Formada olmaq hər insanın arzusudur. Hətta milyonların sevgisini artıq çəkisi ilə qazanan və “Toppuş bacı” obrazı ilə tanınan aktrisa Tünzalə Əliyeva da arıqlamaq arzusundadır. Bunun üçün o, eyni vaxtda bir neçə prosedura həyata keçirir. Publika.az-a açıqlamasında o, bu məqsədlə çox böyük əziyyət çəkdiyini və 7 kiloya qədər arıqlamağa nail olduğunu vurğulayıb:

“Üzgüçülüyə gedirəm, pəhriz saxlayıram və idmanla məşğul oluram. Çox əziyyətlidir. Bu cür zəhmət sayəsində 1 aya 7 kilo çəki atdım. Sonra çörək yedim. O məni yenidən kökəltdi. İndi üzgüçülüyə gedirəm deyə hər şey yesəm də, az-az yeyirəm. Təəssüf ki, işimizin ucbatından idmanla mütəmadi məşğul ola bilmirəm. İdmanı saxlayan kimi çəkim artır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm