Ledi Qaqanın Bakı çıxışı minlərlə insan tərəfindən bəyənildi - VİDEO
Bizi izləyin

Magazin1

Ledi Qaqanın Bakı çıxışı minlərlə insan tərəfindən bəyənildi - VİDEO

Dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa İlk Avropa Oyunlarının açılışındakı çıxışının video yazısını “YouTube” rəsmi kanalına yerləşdirib. Bununla yanaşı bir neçə saat öncə ifaçı həmin çıxışı rəsmi “Facebook” və “Twitter” hesabında da paylaşıb.

Müğənninin çıxışının sosial şəbəkələrdə paylaşması 10 minlərlə insan tərəfindən bəyənilib.

10 saat ərzində “Facebook” sosial şəbəkəsində 35 min insan bəyənib, 3500 insan isə həmin videonu yenidən paylaşıb.

“Twitter”də isə 13 min insan həmin videonu bəyənib, 8 min insan isə yenidən paylaşıb.

Əcnəbi vətəndaşlarla yanaşı, azərbaycanlı sosial şəbəkə istifadəçiləri də müğənninin paylaşımına şərh yazıblar.

Xatırladaq ki, “Associated Press” xəbər agentliyi İlk Avropa Oyunlarının açılış mərasimində çıxış edən amerikalı müğənni Ledi Qaqanın Bakıda bir neçə gün gizlədilməsi haqda xəbər dərc edib.

Xəbərdə deyilir ki, açılış mərasimində Con Lennonun “İmagine” adlı mahnısını ifa edən dünya şöhrətli ifaçı açılış mərasimindən bir neçə gün öncə Azərbaycana gəlib.

İlk Avropa Oyunlarının koordinatoru Katerin Uqvu bildirib ki, bu xəbəri gizli saxlaya bilmək üçün çox çalışıblar. Ledi Qaqa da bir neçə gün otel otağında qalıb. Otaqdan heç bir yerə çıxmayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm