Türk həkimlərin xəbərdarlığına məhəl qoymayan Rafiq Hüseynov: “Bunu etməsəm, ölərəm” - ÖZƏL
Bizi izləyin

Magazin1

Türk həkimlərin xəbərdarlığına məhəl qoymayan Rafiq Hüseynov: “Bunu etməsəm, ölərəm” - ÖZƏL

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov gələn ay müayinə olunmaq üçün Türkiyəyə yola düşəcək.

Bu barədə Publika.az-a xalq artisti özü məlumat verib: “Hazırda səhhətim normaldır, amma mütəmadi həkim nəzarətindən keçməliyəm. İyulda türkiyəli həkimlər məni yenidən müayinə edəcək. Görək nə olacaq?”

Xalq artisti həkimlərin ona qoyduğu qadağadan da danışıb: “Həkimlər mənə dönə-dönə tapşırıblar ki, siqaret çəkməyim. Hətta xəbərdarlıq da ediblər ki, əgər siqaret çəksən, sağlıq durumuna mənfi təsir edəcək. Amma mən onların xəbərdarlığına məhəl qoymuram, çəkirəm. Çünki çəkməsəm, ölərəm”.

Xatırladaq ki, Türkiyədə əməliyyat olunan Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm