Ülviyyə Könül özündən çıxdı: “Aparıcı elə yersiz suallar verir ki, az qalırsan…”
Bizi izləyin

Magazin1

Ülviyyə Könül özündən çıxdı: “Aparıcı elə yersiz suallar verir ki, az qalırsan…”

Tanınmış rejissor Ülviyyə Könül efirlərdə görünməməsinin səbəblərindən danışıb.

Publika.az-a açıqlama verən rejissor qeyri-peşəkar aparıcılardan və verilişlərin səviyyəsizliyindən narazılıq edib:

“Efirlərdə çatışmayan keyfiyyət, səviyyə məsələsidir. Bəzən aparıcı elə yersiz suallar verir ki, az qalırsan verilişi yarımçıq tərk edəsən. Bir sözlə, mən özümü şou-biznesdə görə bilmirəm. Ciddi verilişlərdə iştirak edirəm və lazım olanda sözümü də deyirəm. Ən çox şou verilişlərə çağırırlar, onlara da özüm getmirəm. Mən indi durub kiminsə qeybətini edən deyiləm. Hərdən sosial şəbəkədə bəzi verilişlərin anonsunu görürəm, yenə də eyni qalmaqal, eyni dedi-qodu. Kimsə kiminsə dalınca danışır, kimsə kimisə söyür, təhqir edir. Belə verilişlərə niyə gedib əsəbiləşim ki?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm