Almazın boşanan qızlarının yeni FOTOLARI
Bizi izləyin

Magazin1

Almazın boşanan qızlarının yeni FOTOLARI

Əməkdar artist Almaz Ələsgərlinin qızları uzun müddətdir ki, televiziya və yerli saytların gündəmində yoxdurlar. Bunun əsas səbəbi isə qızların məşhur analarının – Almaz xanımın Mədinə və Əminə haqda açıqlama verməkdən imtina etməsidir. Həmçinin qızların özləri də gündəmdə olmaqda maraqlı deyillər.

Bu dəfə isə əməkdar artist qızları Mədinə və Əminənin yeni fotolarını sosial şəbəkədə paylaşıb. Bu isə izləyicilərin marağına səbəb olub.

Xatırladaq ki, ifaçının böyük qızı Mədinə İsveçrədə tibb üzrə təhsil alıb və hazırda orada işləyir. Müğənninin kiçik qızı Əminə isə Bakıda turizm şirkətlərindən birində çalışır.

Publika.az əməkdar artistin qızlarının yeni fotolarını təqdim edir.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm