Səidə Sultan həmkarını hədələdi: “Bir dənə kəllə qoyaram sənə”
Bizi izləyin

Magazin1

Səidə Sultan həmkarını hədələdi: “Bir dənə kəllə qoyaram sənə”

“Əsl şou” verilişində maraqlı anlar yaşanıb. Belə ki, “Gülə-gülə” verilişinin aparıcısı əlində mikrofon və operator ilə birlikdə canlı yayıma girərək öz verilişinin çəkilişini həyata keçirib. Əvvəlcə “Əsl şou” verilişinin aparıcıları baş verənləri dərhal analiz edə bilməyib və çaş-baş qalıb. Hadisəni görən Səidə Sultan isə “Gülə-gülə” verilişinin aparıcısına hədə-qorxu da gəlib.

“Siz bura niyə soxulmusunuz? Bir dənə kəllə qoyaram sənə” deməsi qarşı tərəfi çaşdırıb.

“Bilirsiniz, bu gün bizim verilişin ad günüdür. Çəkilişi yekunlaşdırmamışıq. Ona görə belə etməli olduq”.

Səidə isə “Ad gününüzdürsə, gəlmisinizsə, daha keçin oturun qonaqların yanında. Sizi qovan deyiləm ki” deyə bildirib.

Digər maraqlı məqam isə Nadir Qafarzadə ilə bağlı olub. İfaçı ad günü olan verilsin yaradıcı heyətinin şərəfinə canlı yayıma tort sifariş verib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm