Mehriban Xanlarova Brilliant Dadaşovanın bacısı gəlini olub
Bizi izləyin

Magazin1

Mehriban Xanlarova Brilliant Dadaşovanın bacısı gəlini olub

Bu gün ANS telekanalında xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova əməkdar artist Mehriban Xanlarovanı illər öncə oğlunun gəlini olduğu barədə məlumat verib.

Publika.az xəbər verir ki, Lalə Dadaşova ANS telekanalında aparıcı Elgiz Əkbərin “ Mehriban Xanlarova sizin gəlininiz olub?” sualına qarşı tərəf tamaşaçıları şoka salan cavab verib.

“Mehriban xanım gəlinim olub. Burda nə var ki?! Mehribanı çox istəyirəm. Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum dedi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar. Oğlum evlənib, hələ ki övladı yoxdur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm