Azdramada iki yeni tamaşanın məşqləri gedir
Bizi izləyin

Magazin1

Azdramada iki yeni tamaşanın məşqləri gedir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir.

Teatrdan verilən məlumata görə, rejissorlar, əməkdar incəsənət xadimləri Oruc Qurbanov və Mehriban Ələkbərzadə yeni səhnə əsərlərinə quruluş verirlər.

M.Ələkbərzadə Qriqori Qorinin “Herostratı unudun” əsərini hazırlayır. Tamaşanın məşqləri davam edir. Rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Elşən Rüstəmov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, aktyorlar Hikmət Rəhimov, Vüsal Mustafayev və başqaları ifa edirlər.

Xatırladaq ki, bu əsərə bir müddət əvvəl Türkiyədə yaşayan həmyerlimiz, rejissor Cahangir Novruzov da quruluş verib və tamaşa uğurla nümayiş olunub.

Rejissor O.Qurbanov isə Hüseynbala Mirələmovun “Mərhumun mesajı” adlı əsərini hazırlayır və yaxın vaxtlarda tamaşanı təhvil verəcək.

Tamaşada rolları xalq artisti İlham Əsgərov, əməkdar artistlər Şəlalə Şahvələd qızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları ifa edəcəklər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm