Vasif Məhərrəmli: “10 il güləşmişəm”
Bizi izləyin

Magazin1

Vasif Məhərrəmli: “10 il güləşmişəm”

Müğənni Vasif Məhərrəmli bu gün “Günaydın” verilişinin qonağı olub. Müğənni ilə yanaşı İlk Avropa Oyunlarında medal qazanan idmançılarımız da verilişin qonağı olub. Veriliş zamanı məlum olub ki, Vasif Məhərrəmli də keçmiş idmançıdır.

“Mən də 10 il sərasər Yuman Roma güləşi ilə məşğul olmuşam. Tatamidə, rinqdə idmançının milliyəti olmur. İdmançı tatamiyə idmançı olaraq çıxır. İdmançı o zaman idmançı sayılır ki, o, uduzmağı bacarır. Uduzmağı bacaran idmançı hər zaman qalibiyyət əldə edəcək. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, Həsən Əliyevin məğlubiyyətini pisləməyin. O, həmin Həsən Əliyevdir ki, Azərbaycana dünya və Avropa çempionluğunu qazandırıb. Eləcə də Şahin Atamov. İndi o məğlub olub deyə, biz onu karateçi kimi idmandan kənarlaşdırmalıyıq? Mən ölkə başçımıza təşəkkür edirəm ki, İlk Avropa Oyunları Azərbaycanda keçirildi. Bilirsiniz ki, karate heç vaxt olimpiya oyunlarına daxil edilməyib. Məhz Prezidentimiz İlham Əliyevin səyi ilə karate Avropa Oyunlarına daxil edilib. Buna görə ona təşəkkür edirəm. Çünki o bilirdi ki, Azərbaycanda qızıl medal qazana biləcək idmançılarımız var”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm